VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan-İran sərhədində sıxlıq yaranıb.


Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, Kərbəlaya ziyarətə gedən zəvvarların da olduğu avtobuslar Astara gömrük postunda dayanıb. 20-dən çox avtobus 1 sutka gündən artıqdır ki, sərhəddən İran ərazisinə buraxılmır.


Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Natiq Axundov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda nisbi sıxlıq yaranıb.


Sıxlığın yaranmasına səbəb Azərbaycandan Ərbəin (Kərbəla) ziyarətinə gedən zəvvarların sayında əvvəlki illərlə müqayisədə xeyli artımın qeydə alınmasıdır.


Hazırda Dövlət Gömrük Komitəsinin müvafiq qurumları, Astara gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində yaranan problem aradan qaldırılacaq”, - deyə Natiq Axundov bildirib.


Ziya SƏCCAD
BAKU.WS