VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi nəzərdə tutulur.


BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib.


Nazir qeyd edib ki, vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.


Sadələşdirilmiş verginin dərəcəsi endirilməsi nə deməkdir və sahibkarlara nə verəcək?


Yaranmış suallara cavab tapmaq üçün iqtisadçi ekspert Samir Əliyevlə əlaqə saxladıq. Ekspert BAKU.WS-ə açıqlamasında bildirib ki, bu addım əsasən kiçik sahibkarların inkişaf etməsinə kömək edəcək.


“Sadələşdirilmiş vergi adından da göründüyü kimi sahibkarları əlavə mühasibat uçotlarının aparılmasından azad edir.


Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi sahibkarın əlavə xərclərinin azalmasına səbəb olacaq. Onun gəliri artacaq. Bu da sahibkarın istehsalını və satışını genişləndirməyə imkan verəcək.


Sadələşdirilmiş vergi dərəcəsinin endirilməsi mikro sahibkarlara tətbiq edilsə, daha yaxşı olar”, - deyə S.Əliyev bildirib.


Qeyd edək ki, sadələşdirilmiş vergi Bakı şəhəri üzrə 4 %, rayonlar üzrə isə 2 faizdir. Ticarət obyektlərində isə bu 6 faizdir. Mütəxəssis deyir ki, sadələşdirilmiş vergi dərəcəsinin endirilməsi sahibkarlar üçün vergi yükünün azalmasına gətirib çıxarır.



Samir Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə sadələşdirilmiş verginin əhatə dairəsi məhdudlaşdırılacaq:


“Vergilər Nazirliyinin verdiyi məlumata görə, sadələşdirilmiş vergi ödəyiciləri ümumilikdə 90 faizdən çoxdur. Onların ödədikləri vergilər çox cüzidir. Ona görə də, sadələşdirilmiş vergi ödəyicisi olan bəzi sahibkarları əlavə dəyər vergisi ödəyicilərinə çevirmək istəyirlər”.


Ziya SƏCCAD
BAKU.WS