VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prezident İlham Əliyev tərəfindən təyin edilmiş Xarici Kəşfiyyat Xidmətinin yeni rəisi Orxan Sultanov daha əvvəl Xarici İşlər Nazirliyində çalışıb.
 
BAKU.WS-in haqqın.az-a istinadla verdiyi məlumata görə, o, 2007-ci ildən 2011-ci ilə qədər Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin humanitar məsələləri üzrə birinci katibdir. 

Oxran Sultanov Xarici İşlər Nazirliyindən getdikdən sonrakı fəaliyyəti naməlumdur. 
 
Xatırladaq ki, prezident İlham Əliyev Orxan Sultanovun Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam verib. 
 
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin".
 
BAKU.WS