SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin "Kanal 7" televiziyasının "Dünyanı Geziyorum" proqramının buraxılışlarından biri Azərbaycana həsr olunub.
 
BAKU.WS-in məlumatına görə, Özlem Tuncanın aparıcısı olduğu veriliş bənzərsiz təbii gözəlliklərə sahib olan Azərbaycandan tamaşaçı qarşısına çıxıb. Azərbaycanın paytaxtı Bakıdan rəngarəng görüntüləri qeydə alan türklər proqramı izləyənlərə keyfli dəqiqələr yaşadıb. 

Bakı haqqında danışan aparıcı paytaxtımıza həyat yoldaşı Yasin Esirgenç və kiçik oğlu Yakupcanla gəlib. Aparıcı paytaxtımızın insanı heyrətləndirən bir şəhər olduğunu bildirib. Özlem Tunca Bakının həm qəşəng və müasir görünüşlü, həm də tarixi zənginliyi ilə göz qamaşdırdığını söyləyib.
 
Tunca tarixinin ruhunu əks etdirən İçərişəhər, hündürmərtəbəli binaları və geniş küçələri gəzib. Bakının qonaqpərvər insanları ilə söhbət edən aparıcı maraqlı reportaj hazırlayıb.
 
Şahin Həbibov
BAKU.WS