SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bakıda qatarla avtobusun toqquşması nəticəsində yaralıların sayı artıb. Son məlumata görə, qəza zamanı 34 nəfər yaralanıb. Onlardan 6-sı uşaqdır".

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib.

***16:22

“Bakıda baş verən yol qəza yerinə 20 təcili tibbi yardım maşını cəlb edilib. Qəza zamanı 20 nəfər yaralanıb. Onlardan 7-si qadın, 10-u kişi, 3-ü uşaqdır. Hadisə zamanı bir nəfər ölüb”.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib.

***15:18

Binədə qatarla sərnişin daşıyan avtobus toqquşub. 


BAKU.WS-in məlumatına görə, hadisə nəticəsində avtobus tamam yararsız hala düşüb. 


Qəza nəticəsində çox sayda yaralıların və ölən olduğu deyilir. 


Hadisə şahidlərinin verdiyi məlumata görə, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıb. 


"Bakı Nəqliyyat Agentli"yinin əməkdaşları hadisə yerindədir. Hazırda hadisə yerində araşdırmalar aparılır. Aparılan araşdırmalardan sonra ətraflı məlumat veriləcək. 


Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 


Bu barədə ilk olaraq unikal.org saytı məlumat yayıb. 


Abbas
BAKU.WS