SİZİN REKLAM BURADA!
055 213 76 73



Qoşunların qarşıdurma xəttindəki son vəziyyəti ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər cəbhədə baş verənləri şərh edib.

BAKU.WS
xəbər verir ki, məsələyə belə münasibət bildirib.

Polkovnik bildirib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusu məhv edib.

“Bir neçə nəfəri isə ağır yararlanıb. Hazırkı Ermənistan höküməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevirilib. Həmişəki kimi qarşı tərəf yalnız Ermənistandan olan 3 çağrışçının adını rəsmi olaraq bəyan edib.

Digər 2 nəfər isə Qarabağdan hərbi xidmətə çağrıldığı üçün onların adları gizlədilib. Azərbaycan Ordusunun əsgərləri N.Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək.

Bunlar hamısı Azərbaycan Ordusunun gücünü göstərir. Bu, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir.

Əminəm ki, bundan sonra N.Paşinyan və onun kimilər nəqədər ki, sərsəm bəyanatlar səsləndirəcək o vaxta qədər də təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.

BAKU.WS