Dünyada bəzi qidalar var ki, onların qiyməti çox bahadır. Həmin qidalardan ancaq varlı insanlar istifadə edirlər. Kasıblar isə həmin yeməkləri ancaq hansısa tədbirlərdə, toyda və s. görür.

BAKU.WS
bahalı qidaların siyahısını təqdim edir:

Dünyadan ən bahalı qida balıq kürüsü sayılır. Qara kürünün qiyməti günü-gündən artır. Kiloqramı 2 min avrodan 5 min avro arasında dəyişən qara kürünün satışı xüsusi icazə ilə aparılır. Qara kürü əsasən Rusiya bazarının nəzarətindədir. Lakin son vaxtlar İsraildə də kürü satışı həyata keçirilir.

Xəzər dənizindən tutulan nərə balığı bahalı qida məhsullarından sayılır. Nərə balığının ovlanması qadağan olduğu üçün dünya bazarında bu məhsullar az miqdarda satılır. Xəzəryanı ölkələr bu balıq növünün ovlanması üçün müəyyən kvota ayrılıb. Bundan artıq nərə balığının ovlamaq olmaz. Bu balığın saxlanılması və çoxaldılması çox çətin bir prosesdir. Balığın qarnı diri-diri yarılır. Oradan kürü çıxarılır və xüsusi üsulla çoxaldılır. Bu üsul ilə nərə balığından 4-5 dəfə kürü almaq mümkün olur. Hər dəfə balığın qarnı tikilir və dənizə buraxılır.

Ziya Səccad

BAKU.WS