VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb".

BAKU.WS-in məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqamətində nəqliyyatın hərəkətində sıxlıq var.

"Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür. Yağışlı hava ilə əlaqədar olaraq Heydər Əliyev prospekti Hava limanı və Zığ dairəsi hava limanı avtomagistralllarında bütün zolaqlar üzrə sürət həddi 20km/saat endirilib.

Sürücülərdən mövcud vəziyyəti və hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmalarını xahiş edirik".

Yolda suyun səviyyəsinin artması ictimai nəqliyyatın da işinə çətinlik yaradıb. Bəzi avtobusların içərisinə su dolub.  

Görüntüləri təqdim edirik: 

Şahin
BAKU.WS