VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda baş verən ağır yol qəzasının təfərrüatı bəlli olub. 

BAKU.WS-in məlumatına Xətai rayonu, Nobel prospektində hərəkət edən “Hyundai Elantra” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Artıq ölənlərdən üçünün şəxsiyyəti də dəqiqləşdirilib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.

Xətai rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

***

Bakının Nobel prospektində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, prospektdə hərəkətdə olan 99 MH 441 dövlət nömrə nişanlı Hyundai markalı avtomobildə partlayış baş verib.

Nəticədə avtomobildə olan 3 nəfər hadisə yerindəcə keçinib. 

Hadisənin dəqiq təfərrüatı barədə hələlik heç bir məlumat yoxdur. Avtomobilin yüksək sürətlə maneəyə çırpılaraq parçalandığı ehtimal edilsə də, videoda partlayış baş verdiyi deyilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə hazırda hadisə barədə dəqiq məlumata malik olmadığını bildirib. O məlumatla bağlı araşdırma apardığını söyləyib.

BAKU.WS