SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün paytaxtın mərkəzi küçəsində qoçuluq edən daha bir sürücü barədə məlumat yayılıb.

BAKU.WS
xəbər verir ki, Azadlıq prospektindən sağa Zərifə Əliyeva küçəsinə qaydalar çərçivəsində dönən avtomobili sağ zolaqdan "Toyota Land Cruiser" markalı 10-AE-005 nömrə nişanlı avtomobilin sürücüsü sıxıb.

Qeyd edək ki, həmin maşın lizinq kreditindədir və onun barəsində həbs qərarı var. Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə məlumatları var.

“Həmin avtomobilin sürücüsü tapılıb. Hazırda araşdırmalar aparılır. Əgər sürücünün hərəkətində inzibati xəta tərkibinin yaradılması ilə bağlı sübutlar varsa, qanunvericilikdə nəzərdə tutulan tələblər üzrə məsuliyyətə cəlb ediləcək.

İlk baxışdan həmin sürücünün xəta törətdiyi görünür. Törədilən xətaların sosial şəbəkələrdə yayılması şərait yaradır ki, baş verən xətalar araşdırılsın. Qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilsin”, - deyə Vaqif Əsədov bildirib.

Qurum rəsmisi deyir ki, son bir həftə ərzində sosial şəbəkələrdə xoşagəlməz hərəkətləri qeydə alınan maşınların sürücüləri barədə tədbirlər görüləcək.

“Demək istəyirəm ki, “Niva” markalı avtomobil sürücüsünün avtoxuliqanlıq etməsi, “Mercedes” markalı maşının xanım sürücüsünün bilərəkdən yolu kəsərək getməsi və s bağlı hadisələr aşkarlanıb. Həmin sürücülər barədə lazımı tədbirlər görülüb”.

Ziya SƏCCAD
BAKU.WS