VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.

BAKU.WS
xəbər verir ki, yeni qərara əsasən, bundan sonra satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlara əlavə rüsum tətbiq edilməyəcək.

Qeyd edək ki, bu dəyişiklik mobil bazarda telefonların qiymətinin stabil qalmasına kömək edəcək. Bu qanundan sonra vətəndaşlar xaricdən gətirdikləri mobil telefonlara görə əlavə rüsum ödəyəcəklər. Telefon mağazaları və satışla məşğul olanlar bu rüsumdan azad edilir. Bununla da, vətəndaş xaricdən telefon gətirdikdə, onun qiyməti elə mağazada satılan cihazın dəyəri ilə eyni səviyyədə olacaq.


Ekspertlər hesab edirlər ki, bu qərarla da, bundan əvvəl mobil telefon bazarında yaranmış narazılıqlar aradan qalxacaq.

Millət vəkili, Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, yeni qərardan sonra vətəndaşlar üçün mobil telefon gətirməkdə çətinlik yaradacaq.


“Mobil telefon bazarı ölkənin əsas satış sahələrindən biridir. Bu bazar ölkənin ən böyük əhali kütləsini əhatə edir.

Bir neçə vaxt bundan qabaq ölkəyə xaricdən gətirilən mobil telefonlara əlavə vergi təyin edildi. Əlbəttə bu addım müəyyən qədər narazılıqlara səbəb oldu.

İnsan var ki, gedib 5-6 telefon gətirir, birini saxlayır, qalanlarını satırdı. Əlavə rüsumların tətbiqi bunun qarşısını alacaq. İnsanlarda telefon gətirməkdə çətinlik yaradacaq.

Əslində bu Azərbaycan dövlət büdcəsinə əlavə vəsaitlərin gəlməsinə səbəb olacaq”, - deyə Vahid Əhmədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS