SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS 
xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində - İçərişəhər metrosu yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 6 saylı "BakuBus", 37 və 77 saylı avtobuslar bir-birinə çırpılıb. Qəzada 77 saylı marşrutun ön hissəsi və şüşələri, 37 saylı avtobusun ön və arxa hissəsi və 6 saylı avtobusun arxa hissəsi əzilib.

Sürücülər qəzanın səbəbini gecə yağan yağışdan sonra yolun sürüşkən olması ilə əlaqələndiriblər. Hadisə şahidləri isə qəzaya yüksək sürətin səbəb olduğunu bildirirlər. 

Zülfiyyə Qurbanova
BAKU.WS