VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtın bir sıra küçələrində tıxac var.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən də 28 May küçəsi-Rəşid Behbudov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsi-Mərkəzi Bank istiqaməti, Tbilisi prospekti-hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi-Fətəli xan Xoyski prospekti istiqamətində, Ziya Bünyadov prospekti - hər iki istiqamətdə, Üzeyir Hacıbəyov küçəsi - mərkəz istiqamətində sıxlıq müşahidə edilir.
Hazırda yollarda hərəkətin normal axınını təmin etmək üçün zəruri tədbirlər görülür. Mümkün olan küçə və prospektlərdə yaşıl dalğa tətbiq edilir.

Tıxac səbəbindən əksər marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

BAKU.WS