VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Bu gün Türkiyə Mərkəzi Bankı uçot stavkasının 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib. Bu son 15 ildə ən yüksək uçot stavkasıdır”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib.


“Türkiyədə uçot stvakası 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib”, - deyə V.Bayramov bildrib.

Ekspert deyir ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə hazırda bu göstərici 6.1-dək dəyişib:

“Uçot stavkasının kəskin atımı lirəini qısa müddətli dövrdə qoruya bilər, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir.

Tütkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub.

Aydındır ki, “İphone” telefonlarında imtina etməklə bu defisit qapamaq mümkün deyil.

Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ ilə münasibətləri normallaşdırılması çox vacibdir.

Əks halda uçot stavkasının artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq”.

Ziya SƏCCAD
BAKU.WS