SİZİN REKLAM BURADA!
055 213 76 73



Son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb.

BAKU.WS
xəbər verir ki, bu barədə azərbaycanlı alimlər məlumat veriblər.

Alimlər Kür dağarası çökəkliyində landşaftların dinamikası və antropogen transformasiyası istiqamətlərini müəyyən etmək məqsədi ilə ərazinin müxtəlif səviyyələrdə differensiyasını tədqiq ediblər.


Tədqiqat Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin bir qrup əməkdaşı tərəfindən aparılıb.

Araşdırmalar zamanı Xəzər sahili ərazilərin landşaftlarının dinamikası öyrənilib. Məlum olub ki, son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb.

Məlum olub ki, Salyan düzünün dəniz sahili ərazilərində dəniz sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilib.

Nəticədə geniş ərazi kontinental rejimə keçib.

Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların struktur-dinamiki xüsusiyyətləri öyrənilib.

Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib.

Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib.

Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək. Bununla da, sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq.

İnstitutdan bildirilib ki, Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır. Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin artmasına və son nəticədə səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaq.

Son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi elementlərin miqdarı artıb. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.

Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb. Meşədə aparılan tədqiqat zamanı ağacların kütləvi qırılması, kənd təsərrüfatından istifadə sahələri və meşə bərpa xüsusiyyətləri öyrənilib.

BAKU.WS