VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, yanğın Binəqədi rayonunda qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirildi ki, yanğın Binəqədi rayonu Mir Mahmur Kazımovski 58 ünvanındakı hündürmərtəbəli binada qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS