SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə və bəzi saytlarda xərçəng xəstəliyinin müalicəsilə bağlı dərman reklamı yayılıb.

BAKU.WS
xəbər verir ki, reklamda “Onko İmuno” adlı dərmanın xərçəng xəstəliyini 4 aya müalicə edildiyi deyilir.

Nəzərə alaq ki, “Apple”ın əfsanəvi rəhbəri Stiv Cobs və digər məşhurlar xərçəng xəstəliyindən dünyalarını dəyişiblər. Əgər bu xəstəliyin dərmanı olsaydı, ondan həmin şəxslər bu dərmandan istifadə edərdilər.

Stiv Cobs Apple şirkətinin yaradıcısı

Bəzi işbazlar insanların çarəsizliyi və əlacsız vəziyyətdə olmasından istifadə edərək, onların pullarını bu üsul ilə talamağa çalışırlar. Ona görə də, bir daha oxucularımıza müraciət edirik ki, bu sahədə son dərəcə ehtiyatlı olsunlar.

Qeyd edək ki, xərçəng xəstəliyini 4 aya müalicə etmək iqtidarında olduğu deyilən dərman qarışığının reklamı ilə bağlı BAKU.WS-ə də müraciət olunmuşdu. Lakin BAKU.WS olaraq biz, insanların mənafeyini reklamdan gələn gəlirimizdən üstün tutduq.

Bununla da, reklamda adı çəkilən dərmanla bağlı araşdırma aparmaq qərarına gəldik. Reklamda göstərilən nömrə ilə əlaqə saxladıq.
Telefonda danışan şəxs açıqlamasında vurğuladı ki, bu dərmandan onun qardaşı da istifadə edib:

“Qardaşım da onkoloji xəstə idi. Bu dərmanı onun üçün almışdıq, qardaşım xeyrini gördü. Həmin dərman Almaniya istehsalıdır və orada 730 avrodur. Bakıya gətirilməsi isə 1590 manata başa gəlir.

Bu dərmandan istəyən şəxs bizə müraciət etsin, ona kömək edək. Şəxsiyyət vəsiqəsilə bizim ofisə yaxınlaşsın və ona blank veririk, həmin kağızı doldurur. Sonra həmin preparatdan sifariş veririk. 2 gündən sonra onu alırıq.


Bunun içərisində 150 qram qarışıqdır. Hər səhər qaynar suya 5 qram qarışıq atıb, qarışdırıb içmək lazımdır”, - deyə vurğuladı.

Həmin şəxs israrla deyir ki, təqdim etdiyi dərman xəstələr üçün faydalıdır:

“Mən özüm həkim deyiləm, başqa sahədə çalışıram. Qardaşımı İsrailə qədər müalicəyə gedib. Ona deyiblər ki, sənə ancaq bitki tərkibli qarışıqlar kömək olacaq”, - deyə o vurğulayıb.

İmmun sistemi güclənəndə xəstəlik müalicə olunur.

Məsələ ilə əlaqədar Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirdi ki, hələ də xərçəng xəstəliyinin sirri açılmayıb.


“Hələ ki, xərçəng xəstəliyinin səbəbləri tapılmayıb. Bütün dünyada xərçənglə mübarizə sahəsində yeni mərhələlər var. Lakin hələ də, bu xəstəliyin dərmanı barədə konkret nəticələr yoxdur.

Heç həmin dərmanların tərkibinə varmadan deyirəm ki, bu şarlatanlıqdır. Təəssüflər olsun ki, qanunda olan boşluqlardan yararlanıb, belə addımlar atırlar. Araşdırdıqda görürük ki, belə şarlatanlıqların arxasında çox güclü qüvvələr dayanır”, - deyə ekspert bildirib.


Adil Qeybulla deyir ki, bu minvalla insanlar aldadılır:

“Təəssüflər olsun ki, belə şarlatanlara çarəsiz insanlar inanırlar və aldanırlar. Bəzi növləri yüngüldür və müalicəyə tabe olur. Lakin elə növləri var ki, bu xəstəlik son mərhələdə olur və ağrılarla nəticələnir. Müalicə heç bir effekt vermir”.

Ekspertin sözlərinə görə, dünyada belə bir anlayış yoxdur ki, bütün dərdlərin dərmanı olsun:

“Bu tamamən avantüradır. Azərbaycanda reseptlə verilən dərman preparatlarının reklamı qadağandır. Nəzərə alsaq ki, dərman maddəsi dərman maddələrinin dövlət reyestrinə daxil olmalıdır. Həmin dərman Ümumdünya Səhiyyə Təşkilatının dərman qeydiyyatında olmalıdır”.

Səhiyyə Nazirliyindən isə bildirirlər ki, belə reklamlara inanmaq qəti olmaz.

Nazirliyin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə açıqlamasında əhaliyə diqqətli olmağı məsləhət verir.


“İnsan xəstələnən zaman mütləq həkimə müraciət etməlidir. Həkimin təyinatı ilə dərmandan istifadə etmək lazımdır. Xüsusən də xərçəng kimi ciddi və ağır xəstəlikdən əziyyət çəkən insanlar ehtiyatlı olmalıdırlar. Onlara deyilən hər dərmandan istifadə etmək olmaz. Onkoloji xəstələr müalicə olunduğu dövrdə xüsusi ağır etaplar keçirir. Gedib kortəbii dərmanı almaq düzgün deyil”.

Buradan belə çıxır ki, bu və belə tipli dərman, dərman qarışıqlı qidaları satanlar, onu reklam edənlər öz qazanclarını artırmaq naminə onlarla insanın sağlamlığını qurban etməyə hazırdır. Ona görə də, heç vaxt belə şirin vədlərə inanmaq olmaz.

Ziya SƏCCAD
BAKU.WS