SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Suriyanın İdlib şəhərini bombalayıb.

BAKU.WS
xəbər verir ki, ruslar “Su-34” qırıcıları ilə İdlib şəhərinə zərbələr endiriblər. Bundan sonra Rusiya Müdafiə Nazirliyi təşkil edilən hava hücumunun görüntülərini yayıb.

Rusiya Müdafiə Nazirliyi verdiyi açıqlamada bildirib ki, Bəşər Əsəd rejiminin terrorçu adlandırdığı silahlıların gizləndiyi ərazilər vurulub.


Qeyd edək ki, Rusiyanın “Su-34” çoxfunksiyalı qırıcılarında isə radarı dəf edən sistem mövcuddur. Bu qırıcılar Türkiyənin F-16 çoxfunksiyalı təyyarələrilə müqayisədə daha çox silah daşıma və yanacağa qənaət etmə funksiyasına malikdir.

Bundan əlavə Türkiyə texnikalarına nisbətən bu qırıcılar daha odadavamlıdır və uzaq məsafədən hədəfi dəqiq nişan alma funksiyalarına malikdir.

Rusiyanın hər iki qırıcıları yaxşı özünümüdafiə və manevr etmə imkanlarına malikdir.

“Su-34” qırıcılarını daha qorxunc edən ora quraşdırılan “R-27” və “RBB-AE” raketləridir. Bu raketlər vasitəsilə təyyarə havadan və yerdən dəqiq zərbə endirmə imkanı qazanır.

“RBB-AE” raketləri pilota imkan verir ki, 100 kilometr uzaqlıqdakı hədəfi dəqiq vursun. Türkiyədə isə ABŞ istehsalı olan AIM-120 AMRAAM raketləri var.

Onlar vasitəsilə isə 50 kilometr ərazini hədəf almaq mümkündür.

Ziya SƏCCAD
BAKU.WS