SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda yol polisləri üçün gətirilən yeni “Mercedes c-klass” markalı avtomobillərin üzərində nişanlama işləri aparılır.

BAKU.WS
xəbər verir ki, həmin avtomobillərə yol hərəkəti təhlükəsizliyi nəzarət edən müasir texniki vasitələr, sayrışan işıqlar, səs siqnalları quraşdırılmağa başlanılıb.

Həmin avtomobillərin nə zaman istismara veriləcəyi barədə dəqiq məlumat olmasa da, bunun yaxın vaxt ərzində baş verəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu barədə artıq məlumat vermişdik. Bu xəbərdən sonra Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə Azərbaycanda yol polislərinə yeni xidməti avtomobillər verilməsilə bağlı xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yeni avtomobillərin alınması da bu qəbildən olan addımdır.


“Daxili İşlər orqanlarının, eləcə də Dövlət Yol Polis xidmətinin maddi-texniki bazanın möhkəmlənməsi, DİO-nun müasir texniki vasitələrlə təmini, o cümlədən avtomobil parkının yenilənməsi ölkə və DİN rəhbərliyinin daim xüsusi diqqət və önəm verdiyi məsələlərdəndir.

Bu o demək deyil ki, həmin avtomobillər dərhal xidmətə qəbul edilir. Onların birbaşa istismara verilməsini düşünmək də sadəlövhlük olar. Bu barədə yayılan məlumatlar da doğru deyil.

Hazırda DYP -nin xidməti istifadəsində olan nəqliyyat vasitələri də müasir tələblərə cavab verir, lakin zaman keçdikcə, onların istismar müddəti bitdikdən yol polisinin də avtomobil parkı yenilənir.

Yəni alınan avtomobillərin üzərində nişanlama işləri aparıldıqdan, onlara yol hərəkəti təhlükəsizliyi nəzarət edən müasir texniki vasitələr, sayrışan işıqlar, səs siqnalları quraşdırıldıqdan sonra istismar müddəti zamanla keçmiş nəqliyyat vasitələrini əvızləyirlər”, - deyə Orxan Mansurzadə bildirib.

Qeyd edək ki, mövzu ilə əlaqədar ötən gün “Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO” adlı matrealmızda tanış ola bilərsiz.

Ziya SƏCCAD
BAKU.WS