SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni dərs ili ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

BAKU.WS
xəbər verir ki, yarmarkalar əsasən insanların sıx toplaşdığı ərazilərdə, metro çıxışlarının qarşısında təşkil edilib.


Qeyd edək ki, “28 May”, “Memar Əcəmi”,“İnşaatçılar”, “Nərimanov”, “Gənclik” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir. BAKU.WS olaraq bir neçə yarmarkaya baş çəkdik. Çəkiliş apardığımız müddətdə yarmarkaya böyük maraq olduğunu gördük.


Yarmarkalardakı satış, məktəbli ləvazimatları və dərsliklərin qiymətləri ilə maraqlanaraq, məktəbli səbətinin dəyərini müəyyənləşdirməyə çalışdıq.

Yarmarkada şagird üçün lazım olan lavazımatların qiymətini təqdim edirik:

Sadə karandaş – 0,15 AZN
Məktəbli çantası – 8 manatdan 50 manata qədər
Qələm – 0,15 Azn – 1 AZN
Pozan – 0,10 AZN
12 vərəq dəftər – 0,15 AZN
40 vərəq dəftər – 0,30 AZN
100 vərəq dəftər – 0,80 AZN
Rəngli karandaş – 1 – 5 AZN
Qələm yonan – 0,20 AZN
Xətkeş – 0,30 AZN – 5 AZN
Yapışdırıcı - 0,6 - 1 AZN
Sirkul - 1,5 – 5 AZN
Qayçı – 1 – 2 AZN
Papka – 0,40 – 1 AZN
Penal – 1,30 – 10 AZN
Plastilin - 1 - 10 AZN
Albom – 0,50 – 3 AZN
Gündlik – 1,50 – 4 AZN
Su qabı – 4 – 6 AZN
Yazı lövhəsi - 20 - 100 AZN


Bundan başqa, yarmarkalarda kitab və metodiki vəsaitlər də satılır.

I siniflər üçün riyaziyyatdan 3000 misal kitabı 1,60 manat.
“Azərbaycan dili” - 5 manat.
“Azərbaycan dili” iş dəftəri - 5 manat
“Azərbaycan dili” yazı dəftəri 4 manat.
“Riyaziyyat” iş dəftəri 4,50 manat.
“Ana dili“” qiymətləndirmə 3 manat.
“Uçmaza” riyaziyyat 2 manat.
Məktəbəqədər hazırlıq üçün əlifba 4 manat.
“Azbuka” 2 manat təşkil edir.



Qeyd edək ki, yarmarkalarda məktəbli formaları satılmır. Valideynlər bazarda Türkiyədən və Çindən gətirilən məktəbli geyimləri ilə yanaşı, Bakı Tikiş Evinin (BTE) istehsal etdiyiı məktəbli formalarını ala bilərlər.

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət verilir.

Bəs övladı məktəbə gedən valideynlər üçün nə qədər xərc lazımdır. Bunun üçün ən ucuz mətkəbli lavazımatları ilə birlikdə hesablama aparaq. Həmin hesablamanı cədvəl şəklində təqdim edirik:

MALIN ADI
MALIN QİYMƏTİ
ƏLAVƏ XƏRCLƏR
Sadə qələm
0,15 AZN
10 ədəd – 1,5 AZN
Məktəbli çantası
8 AZN
1 ədəd – 8 AZN
Qələm
0,15 AZN
10 ədəd – 1,5 AZN
Pozan
0,10 AZN
2 ədəd – 0,20 AZN
12 vərəq dəftər
0,15 AZN
20 ədəd - 3 AZN
40 vərəq dəftər
0,30 AZN
10 ədəd – 3 AZN
100 vərəq dəftər
0,80 AZN
5 ədəd – 4 AZN
Rəngli  qələm
1 AZN
2 qutu – 2  AZN
Qələm yonan
0,20 AZN
2 ədəd – 0,40 AZN
Xətkeş
0,30 AZN
2 ədəd - 0,60 AZN
Yapışqan
0,60 AZN
2 ədad – 1,20 AZN
Gündəlik
1,50  AZN
1 ədad - 1,50  AZN
Penal
1,30  AZN
1 ədad – 1,30  AZN
Plastilin
1  AZN
2 qutu – 2  AZN
Albom
0,50  AZN
2 ədad – 1  AZN
Su qabı
4  AZN
1 ədad – 4 AZN
Məktəbli forması
46  AZN
1 ədad - 46 AZN
Məktəbli jileti
8 AZN
1 ədad – 8 AZN
Məktəbli köynəyi
8 AZN
1 ədəd – 8  AZN
Cəmi xərclər

97,20  AZN

Cədvəldən də göründüyü kimi ibtidai sinifə gedən 1 şagird üçün azı 97 manat pul lazımdır.

Ziya SƏCCAD
BAKU.WS