Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov yatırımda embarqo tanımır. Putinə yaxınlığı ilə bilinən azərbaycanlı milyarder İstanbuldakı "Edition Hotel"i alıb. 
 
BAKU.WS-in məlumatına görə, Moskva-Ankara gərginliyini xarici ticarətə də daşıyan Rusiyanın embarqo silahı ölkənin məşhur işadamına keçməyib. Vladimir Putinə yaxınlığı ilə bilinən dollar milyarderi Vahid Ələkbərov azərbaycanlı iş adamı Mübariz Mansimova məxsus oteli alıb. "Palmali" şirkətlər qrupunun prezidenti Mənsimov bu oteli hələ 2003-cü ildə almışdı.
 
V.Ələkbərov bu oteli alaraq Türkiyədəki ikinci yatırımını etmiş oldu. "Lukoil" 2008-ci ildə enerji şirkəti "Akpet"i təxminən 500 milyon dollara almışdı. Azərbaycanlı milyarder Mansimova aid Bodrum-Yalıkavakdakı "Palmarina Hotel"i alıb. 

"Lukoil" şirkəti Türkiyədə səs gətirən yatırımlarıyla tanınır. "Cipriani" və "Billionaire" kimi dünyada məşhur olan restoran və klubları Türkiyəyə gətirən şirkətin bundan sonrakı investisiya planları maraq mövzusudur. Şirkətin prezidenti Vahid Ələkbərov 12,3 milyard dollarlıq sərvətiylə Rusiyanın əhəmiyyətli işadamlarından biridir.

Varlılar siyahısında Rusiyada 8-ci, dünyada isə 114-cü sırada yer alan Vahid Ələkbərov Rusiya xam neft istehsalı ilə mə.ğul olur. irkətin illik ticari dövriyyəsi 145 milyard dollara çatır. 
 
Şahin Həbibov
BAKU.WS