SİZİN REKLAM BURADA!
055 213 76 73



Almaniya kansleri Angela Merkelin 24 avqustda baş tutacaq Gürcüstan, Ermənistan və Azərbaycan səfərlərində müşayiət edəcək deputatlardan biri Azərbaycan üçün "arzuolunmaz persona" elan olunub.

BAKU.WS 
xarici mətbuata istinadən xəbər verir ki, Merkelin “Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycana girişinə qadağa qoyulub.

Qadağa yüksək səviyyədə qoyulduğundan, Almaniyanın ölkəmizdəki səfiri deputatın qara siyahıdan çıxarılması ilə bağlı Azərbaycan hökumətinəmüraciəti nəticəsiz qalıb.

Azərbaycan hakimiyyətinin onu qara siyahıya salmasına səbəb Vaylerin 2014-2016-cı illərdə Azərbaycanın razılığı olmadan işğal olunmuş Qarabağ torpaqlarına səyahət etməsi olub.

Zülfiyyə Qurbanova
BAKU.WS