SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov Çeçenistan paytaxtı Qroznıda muay-tay üzrə fransalı çempion Bris Quidon ilə rinqə çıxıb.

BAKU.WS-in məlumatına görə, döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Hər üç raundda üstünlük qazanan Zabit Səmədov sonuncu raundda xüsusi ilə fəallıq gösətrib və rəqibinə həlledici zərbələr endirib. Bununla da o, Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunmuş turnirin qalibi olub.

BAKU.WS