SİZİN REKLAM BURADA!
055 213 76 73



Ali məktəblərə qəbul imtahanında 596 bal toplayan abituriyent tələbə adını qazana bilməsinin əsas səbəbi məlum olub.

BAKU.WS
xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov “Facebook” profilində məlumat paylaşıb. Onun araşdırmalar nəticəsində əslində İbrahim Əsgəri adlı abituriyent əslində saxtakarlıq edib.


“Əziz dostlar, indi DİM - in inzibati binasından çıxdım. Rəsmi şəxslər ilə görüşdük. Onlar abituriyentin nəticəsinin 418 oduğunu, 596 balın abituriyent və ya onun yaxınları tərəfindən fotoşop yolu ilə düzəldiyi barədə məlumat verdilər. Mən valideyn və abituriyent ilə DİM - in qarşısında görüşdüm, onlar isə bu ittihamın absurd olduğunu dedilər. Əlbəttə ki, bu məsələdə ortada nəyin baş verdiyini müəyyən etməkdə çətinlik çəkirəm.
Kimin doğru, kimin yalnış olduğunu bilmirəm. Amma rəsmi mövqey odur ki, sənəd saxtadır və fotoşopdur”, - deyə Kamran Əsədov bildirib.

BAKU.WS