SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Xalça Muzeyində qanun pozuntuları aşkar edilib. 
 
BAKU.WS məlumat verir ki, araşdırmaların nəticəsi olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova isə tutduğu vəzifədən azad edilib.

Həmçinin, Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
 
BAKU.WS