055 213 76 73
Azpetrol" MMC-nin baş direktoru vəzifəsinə Ceyhun Məmmədov təyin edilib.
Şirkətdən "Report"a bildirilib ki, C.Məmmədov 1999-cu ildən "Azpetrol"da müxtəlif vəzifələrdə çalışır. O, baş direktor vəzifəsinə təyin olunmamışdan öncə şirkətin Əməliyyat Departamentinin rəhbəri olub.
Xatırladaq ki, bu günlərdə "Azpetrol" şirkətinin baş direktoru Hüseynağa Rəhimov vəzifəsindən azad edilib. Məlumata görə, H.Rəhimov elmi işini davam etdirmək üçün öz xahişi ilə vəzifədən azad olunub.
BAKU.WS