VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizindəki "Günəşli” yatağındakı neft platformasında baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərə Uca Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

BAKU.WS məlumat verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. A.Paşazadənin göstərişi ilə bu günlər paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbr və məğfirət, yaralıla şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyib.
 
BAKU.WS