SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la bağlı sərt açıqlamalar verib.

BAKU.WS-in məlumatına görə, həbs olunduqdan sonra ev həbsinə məhkum edilən Rahib Brunsonla bağlı ABŞ-ın tələblərini xatırladan Ərdoğan bunları söyləyib: "Bizi təhdid edir. Saat 18:00-a qədər, sabah axşama qədər göndərəcəksiniz. Siz nə edirsiz? Bura Türkiyədir". 

Bu təhditləri qəbul etməyən Türkiyə prezidenti daha sonra ölkədəki iqtisadi vəziyyətlə bağlı danışıb: 

"Son günlərdə valyuta məzənnələrindəki dalğalanma bəhanə edilərək ölkəmizin üzərində qara buludlar dolaşdırmağa çalışırlar. Məsələnin dollar, avro, qızıl olmadığını biz çox yaxşı bilirik. Bunlar ölkəmizə qarşı açılan iqtisadi müharibənin güllələri, raketləri, mərmiləridir. Əlbəttə ki, onlara cavab vermək üçün lazımi tədbirləri görmüşük.

Biz Çin, Rusiya, İran, Ukrayna kimi ölkələrlə ticarəti milli valyutamız vasitəsilə həyata keçirməyə hazırlaşırıq. Avropa ölkələri dollar itkisindən xilas olmaq istəyirlərsə, biz onlarla oxşar bir sistem qurmağa hazırıq. Biz, dünyanın hər bir ölkəsində iqtisadi müharibə elan edən, bu ölkələri sanksiya təhdidləri ilə çətin vəziyyətə salan bu planı qəbul etmirik".

BAKU.WS