SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerika Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

BAKU.WS
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. Amerika rəhbəri bildirib ki, Türkiyədən idxal edilən polad və alüminiumun gömrük rüsumu qaldırılsın.


Yeni qərara görə, alüminiumun idxalına görə, 50 %, poladın idxalına görə isə 20 % artıq vergi tutulacaq.

Qərar imzalandıqdan sonra D.Tramp ABŞ Maliyyə Nazirliyinə qərarın icrası ilə bağlı göstəriş verib.

Türkiyə iqtisadçıları isə düşünürlər ki, bu qərardan sonra onsuzda ABŞ dollarına nisbətdə rekord səviyyədə ucuzlaşan Türkiyə lirəsi daha da dəyərdən düşəcək.

BAKU.WS