Fransanın Azərbaycandakı Səfirliyi "Günəşli" yatağında baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. 
 
BAKU.WS-in məlumatına görə, səfirliyin başsağlığı mesajında deyilir: 
 
"Biz Xəzər dənizindəki neft platformasında dünən baş vermiş qəza hadisəsi haqqında aldığımız xəbərin kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış insanlara və onların ailələrinə başsağlığı və səbr diləyirik".
 
Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib. 10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.
 
Şahin Həbibov
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ