VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbazın evində yas mərasimi keçirilib. 

BAKU.WS-in məlumatına görə, yas mərasiminə mərhum reperin yaxınları və onu sevənlər axın edib. Mərhumun yasına tanınmışlardan DJ Çina, Nadir "Nəğd Pul" ləqəbli repçi, prodüser Samir Xəttab və mərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova gəlib. 

Mərhum reper Yeni Masazır qəbiristanlığında dəfn olunub. 

Qeyd edək ki, Cəbiyev Anar Rizvan oğlu — Azərbaycanlı rep ifaçısı, aktyor, rejissor, ssenarist, prodüser, söz yazarı, Azərbaycandilli rep albomlarından sonra "Repin Atası" qəbul olunur.

Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. Elə həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb.

1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanıb. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxmışdır. 1996-cı ildə ilk albomu işıq üzü görüb. 1996-cı ildə ilk albomunu buraxıb.

Rep ifaçısı 2 dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Anjelikadan 2 övladı var. 2018-ci ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.

Anar Cəbiyev 2018-ci il avqustun 4-ü ağır qanaxmadan sonra vəfat edib.

Hüseyn Məmmədsalahov
BAKU.WS