SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanını təqdim edib.

BAKU.WS xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq Artisti fəxri adı ilə təltif edildiyini xatırladıb.

Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır.
Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Xalq Artisti fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib.

BAKU.WS