055 213 76 73
Bakı-Sumqayıt sürət qatarında gediş haqqılarının qaldırılması ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, dəmir yolunda gediş haqqı artımı baş verməyib.
“Elektrik qatarlarında gediş haqqılarının artırılması barədə məlumat yoxdur”, - deyə S.Qədirova bildirib.
Gediş haqqılarının qaldırılması ilə bağlı bu barədə Tarif Şurasına müraciət olunması ilə bağlıda məlumatsız olduğunu bildirib.
BAKU.WS