SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Dövlət Universitetinda yanğın hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə universitet binasının 4-cü mərtəbəsində qeydə alınıb.

Hadisə ilə əlaqədar ətraflı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, yanğın səhər saatlarında qeydə alınıb.

“Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş verib. Hadisə yerinə yanğın çağırılıb. Yanğının qarşısı alınıb.

İlkin ehtimala görə hadisə elektrik qısaqapanması nəticəsində qeydə alınıb.

Cavid Babayev
BAKU.WS