20 nəfərə qədər musiqiçi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı aksiya həyata keçiriblər.
 
BAKU.WS-in məlumatına görə, onlar metro qatarlarının birində Üzeyir Hacıbəyovun bəstələdiyi Arazbarı əsərini ifa edib. Maraqlı və təəcüb doğuran fləşmob Üzeyir Hacıbəyovun 130 illiyinə həsr olunub.
 
Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir.

Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman olan ilk opera müəllifidir.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ