SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan sahələr açıqlanıb.

BAKU.WS
xəbər verir ki, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.

Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

K.Əliyev qeyd edib ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 117 cinayət işi üzrə istintaq aparılır: "Onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə bağlıdır. 14 cinayət işi bank sektoru, 7 cinayət işi qum çınqıl və digər sahələrlə əlaqəlidir".

BAKU.WS