SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə ürək sızladan görüntülər yayılıb.

BAKU.WS
xəbər verir ki, videoda 70 yaşına 5 ay qalmış kişi ağlayaraq dərdini danışır. Yaşlı kişi övladları tərəfindən küçələrə atıldığını bildirib.

Onu Sumqayıt şəhərində çəkiblər. Videoya çəkilən kişi ağlayaraq bildirib ki, sənədlərini düzəltsə də, onu “qocalar evi”nə qəbul etməyiblər.

“Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Oradan məni Naxçıvana göndərdilər ki, övladlarımdan sənəd alım. Sənədi gətirdikdən sonra məni Dövlət Sosial Müdafiə Fonduna göndərdilər. Orada dedilər ki, 70 yaşım olmadığı üçün məni qocalar evinə qəbul edə bilməzlər. 70 yaşıma beş ay qalıb”, - kişi bildirib.

Ahıl adam küçədə qarət olunduğunu deyib: “Gecə bir yerdə qalmışam. Cibimdəki 40 manatı da orada oğurladılar”.

BAKU.WS