VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Ağlı başında olan hər kəs bilir ki, Rus-Türk gərginliyində Türkiyə haqsızdır”.

BAKU.WS xəbər verir ki, bunu Sputnik-ə açıqlamasında millət vəkili Araz Əlizadə deyib.Onun sözlərinə görə, münasibətlərin korlanmasında rəsmi Ankara birbaşa təqsirkardır.

Davudoğlunun bugünki Bakı səfərinə də toxunan Araz Əlizadə, Azərbaycanın Türkiyə-Rusiya münasibətlərini düzəltməkdə heç bir müsbət addım ata bilməyəcəyini də qeyd edib.

Qeyd edək ki, noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə "Su-24"döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxıb.
 
BAKU.WS