SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün axşam saatlarında Bakının Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarında elektrik enerjisinin verilişi kəsilib.

BAKU.WS
xəbər verir ki, bu səbəbdən həmin rayonda yaşayan sakinlər narahat olublar. Sosial şəbəkələrdə isə guya bütün Bakıda işıqların kəsilməsi ilə bağlı söhbətlər yayılmağa başlayıb.

Hadisə isə "Azərişıq" ASC-dən asılı olmayan səbəbdən baş verib. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda paytaxtın bütün istiqamətlərində işıqların verilməsi tam bərpa olunub.

“Hadisə baş verən kimi problem yaranmış ərazilərə əməkdaşlarımız cəlb olunub. Qısa vaxt ərzində "Azərişığ"ın daxili şəbəkələri hesabına işığın verilməsi təmin edilib”, - deyə Tanrıverdi Mustafayev bildirib.

Ziya SƏCCAD
BAKU.WS