SİZİN REKLAM BURADA!
055 213 76 73



“Porsche” gələcəyin elektromobilini təqdim edib.  

“Porsche” şirkəti 2030-cu ildə daxiliyanma mühərriki ilə çalışan avtomobillərin istehsalından tamamilə imtina etməyi planlaşdırır və artıq bu gün “Panamera” bazasında ilk “yaşıl”, ilkin qiyməti 85.000 dollar olan “Mission Е”-nin buraxılışına çox yaxınlaşıb.


Avtomobil istehsalçılarının maşın həvəskarlarının təmiz nəqliyyatın istifadəsinə təşviqi istiqamətində səyləri barədə xatırlatmaya ehtiyac yoxdur. Azərbaycanda hibrid güc qurğularına olan tələbatın, şəhərin mərkəz və ətrafında yerləşən iri ticarət mərkəzlərində xüsusi elektrik yükləmə yerlərinin sayının artması, yalnız planetar miqyasda “sağlamlıq” haqqında deyil, eləcə də əhalini yanacağa qənaət etməyə çağırmaq barədə ciddi şəkildə düşünməyə vadar edir. Adətən qənaət üçün mübarizə adrenalin və büdcə avtomobillərindən istifadə zamanı komfortdan həzz almaq imkanından məhrum edir.


Amma bu sözləri heç bir şəkildə, məni yeni işıq üzü görmüş “körpələri” ilə tanış olmağa dəvət edən Ştutqart ustadlarından ibarət komandaya aid etmək olmaz. “Porsche AG” zavodunun ərazisində ilk ağlıma gələn “Ocaqdan indi çıxıb” sözləri oldu. “Porsche”nin “Panamera”nın bazasında tam elektrikləşdirilmiş supercarına dair gözləntilərin nə dərəcədə güclü olduğunu sözlə ifadə etmək mümkün deyil. Şirkətin üzərinə qürurla götürdüyü “E” adlı yeni missiyası dünya bazarlarına 2019-cu ilin sonunda çıxacaq.


Əraziyə daxil olduğum ilk dəqiqədən etibarən içəridəki sirri paylaşmamağım üçün smartfonum tamamən yapışqanlı kağızla bağlandı. Ancaq təəccübdən geniş açılmış gözlərim “Porsche”nin inkişafının ən son həddinin şahidi oldu.


Yeni model dəbdəbəsi və zərif xətləri ilə işıq saçırdı. İnteryer müasir üslubda, həm sahibinə, həm də sərnişinlərə funksional taç-panelləri ilə tandem olaraq əhval-ruhiyyə bəxş etməyə qadir yüksək keyfiyyətli displeylər ilə tərtib edilib. Güc qurğusunun ehtiyat gedişi 500 km-dən artıqdır.


Yeni “E” missiyasının potensial sahibi üçün şirkət, qarajın döşəməsində naqilsiz enerji yükləmə sistemini quraşdırma təklif edəcək. Bununla yanaşı komfortlu salonu tərk etmədən şassinin, güc qurğusunun və multimedianın yeni tənzimləmələrini köçürmə imkanları da olacaq.


Sürücüyə tuşlanmış kamera yalnız onun gümrahlığını izləməyəcək, eləcə də mərkəzi ekranda cihazların yerini dəyişəcək. Sosial şəbəkələrdə status və geolokasiya paylaşımlarını yenə də koordinatları yazan və üzünüzdə aydın təbəssüm görərkən smaylik ilə göz vuran həmin devays vasitəsilə edə biləcəksiniz. Bütün sirləri açmaq istəmirəm, belə ki, premyeraya çox az vaxt qalıb.


BAKU.WS komandası avtomobili 12 saniyə ərzində 200 km/s sürətinə çatdırmağa qadir olan qurğuya sahib “Porsche Mission E”-nin möhtəşəm təqdimatında iştirak edib.


Təbii ki, ilk 3,5 saniyə ərzində “Mission E”-nin əsas displeyində 100 göstəricisinin görünəcəyini də xatırlatmaq lazımdır. Bu göstərici ilə ən güclü versiya qürurlana biləcək. Ən əlçatan versiyanın zavod qiyməti 85 min ABŞ dolları təşkil edəcək. Bu “Tesla” (75.000 dollar), eləcə də baza versiyalı “Porsche Panamera” üçün olan qiymətdən bir qədər artıqdır. Şirkətin imicini nəzərə alaraq – bu qiymət bir qədər “dişli” və məşhur brendlər arasında ekologiya uğrunda bütün mübarizlər üçün hətta təhlükəli də görünə bilər.


Sükan arxasına oturub “Porsche AG”-nin konseptual məhsulunun bütün gücünü hiss etmə imkanına birbaşa sahib olmasam da, “Porsche” muzeyini ziyarət etmə, eləcə də “Panamera Turbo S E-Hybrid”-in mənə təqdim edilmiş versiyasını sürməklə Almaniya şəhərlərinin küçələrində sürət və komfortdan həzz alma şərəfinə nail oldum. Bu hibrid model öz tam elektrikli qohumundan 100 km/s sürəti 0,1 saniyə daha tez yığır. Bir hissəsi elektromotor vasitəsilə əldə olunan ümumilikdə 680 at gücü, 3,4 saniyə ərzində 100-ə qədər sürət yığma – “Panamera Turbo S E-Hybrid” məhz bu göstəricilərə malikdir. 14,1 kVts həcmli litium-ion batareyası ilə hərəkətə gətirilən electromotor sakit rejimdə şəhər küçələrində 50 km məsafə qət etmə imkanı verir.

Orxan Məmmədov
BAKU.WS