VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub. Hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat verib. Bildirilib ki, “Nissan” markalı minik maşını ilə "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində ölən və yaralıların olduğu deyilir. Bildirilir ki, qəzaya uğrayan avtobus rayondan Bakıya gəlirmiş.

Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, qəza nəticəsində 10 nəfər yaralanıb, 1 nəfər ölüb.

“Qəza zamanı minik maşınının sürücüsü yerindəcə keçinib. Avtobusda olan sərnişinlərdən 4-ü xəstəxanaya aparılıb. Yaralılardna 6 nəfərə isə ilkin tibbi yardım göstərilib”, - deyə Səfayə Əhmədova bildirib.

Ziya SƏCCAD
BAKU.WS