VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncədə baş verən hadisələr bizi məyus edir və biz bu hadisəni terror adlandırırıq.

BAKU.WS
 Trend-ə istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Gəncə İmamzadə Dini Kompleksində QMİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə deyib.

A.Paşazadə qeyd edib ki, bu hadisə düşünülmüş şəkildə dövlət xadimlərinə, o cümlədən asayişi qoruyan insanlara qarşı törədilən bir terrordur: “Bu gün Azərbaycanın naliyyətlərini, dünyada apardığı siyasəti, nüfuzunu gözü götürməyən qüvvələr var”.

A.Paşazadə hesab edir ki, burada ermənilərin əlaltılarının, “yoldaşları”nın əli vardır: “Bilirsiniz bunu nəyə görə deyirəm. Mən axırıncı dəfə Qaragenlə görüşəndə Partiarx həzrətləri ilə birlikdə idik, mən ona dedim ki, siz Azərbaycana qarşı bu qədər təxribatlar törədirsiniz, o dedi ki, siz çox inkişaf edirsiniz, varlı dövlətsiniz. O boynuna aldı ki, Azərbaycana qarşı təxribatlar aparır”.

QMİ sədri bildirib ki, Gəncə icra başçısına açılan atəş dövlətçiliyə açılan atəş idi: “Ona görə biz dindarlar bunu pisləyirik. Daha sonra insanların keşiyində dayanan iki polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu məqsədyönlü şəkildə törədilən bir hadisə idi və Azərbaycanda iğtişaşlar törətmək istəyən, Azərbaycanın rifahını gözü götürməyən qüvvələrin işidir”.

A.Paşazadə əlavə edib ki, bu hadisədən sonra din xadimləri yekdilliklə bu hadisəni pislədilər: “Dindarlar da cəmiyyətin bir hissəsi kimi öz haqq səslərini qaldırdılar”.

QMİ sədri əlavə edib ki, bu hadisəni törədənlər dindən istifadə edirlər: “Bu hadisələrin İslamla heç bir əlaqəsi yoxdur. Terrorçu heç zaman islamçı, dindar ola bilməz. Bir insan terrora əl atırsa, digər insanın həyatına qəsd edirsə, bu insan dindən uzaq insandır və ona qarşı ölçü götürülməlidir”.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

BAKU.WS