SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycanda dərs buraxan şagirdlər cərimələnməsilə verilən qərar problemin həlli üçün doğru addım deyil".


Bu fikirləri Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşidli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulan bu məsələ təhsil sahəsində mövcub problemi daha da kəskinləşdirəcək.


"Əslində bu addım təhsil sahəsində rüşvətxorluğun yaranmasına zəmin yarada bilər. Çünki imkansız ailə övladının 100 manat ödəməməsi üçün təhsil müəssisəsilə başqa yol axtarmağa çalışacaq. Bu məsələni sözsüz ki, inzibati qaydada həll etmək mümkün deyil”, - deyə Məlahət Mürşidli bildirib.

Ekspert vurğulayıb ki, bu məsələdə qonşu ölkələrin təhsil təcrübəsindən bəhrələnmək lazımdır: "Əslində 1 ayda 7 gün, 9 ayda 72 gün edir. Bu da bir şagirdin bir il ərzində dərsdə 72 gün iştirak etməməsi deməkdir. Bu günlərdə şagird təhsil planının kifayət qədər buraxılması deməkdir. Türkiyədə şagir bir il ərzində 29 gündən artıq dərs buraxarsa, avtomatik olaraq sinifdə qalır. Azərbaycanda da, bu məsələyə pedaqoji cəhətdən yanaşmaq lazımdır. Yəni Təhsil Nazirliyi məsələni kökündən araşdırmalı və həll etməlidir”.

Təhsil Nazirliyində isə məsələyə münasibət bildirməkdə çətinlik çəkirlər. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirdilər ki, bu barədə onlara yenicə məlumat daxil olub. Bu səbəbdən də, məsələnin nə yerdə olduğunu tam araşdırmaq mümkün olmayıb. 

 

"Təhsil Nazirliyində bu məsələ ilə bağlı ciddi araşdırmalar başlanıb. Yeniliyin tam mahiyyəti araşdırılmayana qədər nazirlik bununla bağlı mövqeyini bildirə bilmir”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində tutulur ki, icbari ümumi orta təhsil üzr dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə, 100 manat miqdarında cərimə tətbiq edilsin.

Ziya Səccad

BAKU.WS