"Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq". 

BAKU.WS
bildirir ki, bu sözləri Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev gununsesi.info-ya deyib.

O, atasının şəhərdə polis zabitlərinin güllələnməsi olayından xəbərdar olub-olmaması, həmçinin bu olaya münasibətinə dair sualı belə cavablandırıb:

"O ki qaldı atamın Gəncədə polis zabitlərinin öldürülməsi olayından xəbərinin olub-olmamasına, bu haqda mən heç nə danışmaq istəmirəm. Özü gələr, medianın da suallarına cavab verər”.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ