VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı Teleqüllə Kompleksində yerləşən "Peyk” mərkəzindən "Azerspace-1” peykinə ötürülən TV və radio kanallara nəzarət daha da təkmilləşdirilib və gücləndirilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, peykə ötürülən siqnalların görüntü və səs keyfiyyətinə 24/7 saatlıq iş rejimində nəzarəti həyata keçirmək üçün peykdən yayımlanan kanalların yeni monitorinq sistemi quraşdırılıb istismara verilib.

 

"Azerspace-1” peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk monitorinq sistemi vasitəsi ilə birbaşa nəzarət həyata keçirilir.

 

BAKU,WS