SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gecə axşam saatlarında Türkiyədə, Tekirdaq vilayətinin Çorlu şəhərində sərnişin qatarı qəzaya uğrayıb.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, qatarın altı vaqonu relsdən çıxaraq aşıb. Uzunköprüdən Halkalıya gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Ağır yaralıların təxliyəsi helikopterlərlə aparılıb. Qəza baş verən əraziyə avtomobillər keçə bilmir. Çorlu şəhərinin administrasiyası vətəndaşları yaralılar üçün qan verməyə çağırıb.

Bəyanatda deyilir: "İyulun 8-i saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb. Müəyyən edilib ki, qatarın relsdən çıxmasına səbəb güclü yağışlar nəticəsində relslərin altında torpağın yuyulması olub".

Qeyd olunur ki, qatarda 360 sərnişin olub.

BAKU.WS