Dövlət Statistika Komitəsinə yeni sədr təyin edilib. 

BAKU.WS-in məlumatına görə, dövlət başçısının sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov bu vəzifəyə təyin olunub.
 
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilsin.
Qeyd edək ki, Tahir Budaqov bunadək Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi. Statistika Komitəsinin əvvəlki sədri Arif Vəliyev dünyasını dəyişdikdən sonra bu vəzifə boş qalmışdı. 

BAKU.WS