VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün saat 18:30 radələrində işəqlar yenidən sönüb.

BAKU.WS-in məlumatına görə, ölkənin əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam olaraq dayandırılıb.

Çoxlu sayda insanlar Bakıda metroda vaqonlarda qalıb. Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, metroda havalandırma sistemi işləmir, insanlar çətin anlar keçirdirlər.

Bakı-Sumqayıt elektrik qatarı yolda qalıb.

Hadisənin səbəbi barədə hələlik dəqiq məlumat verilmir.

Avtobusların insanların pulsuz daşıdığı barədə xəbərlər yayılıb.

Məlumata görə, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb. Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür. 

Təxminən bir saat sonra Bakının bəzi rayonlarında elektrik enerjisinin verilməsi bərpa olunub. Tədricən ölkənin digər rayon və şəhərlərində də elektrik enerjisinin bərpa olunacağı bildirilir.

BAKU.WS