VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


FHN Mingəçevirdəki “Azərbaycan” İES-dəki qəza ilə bağlı məlumat yayıb.

BAKU.WS-in nazirliyin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir:

"3 iyulda saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlamışdır. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün "3 saylı çağırış" elan olunmuş, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilmişdir.

Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülmüşdür. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunmuşdur.

Yanğın zamanı xəsarət alan olmamışdır".

BAKU.WS