SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə Silahlı Qüvvələri, Şimali Kipr Türk Respublikası silahlıları, Azərbaycan Ordusu və Səudiyyə Ərəbistanı hərbi birləşmələri birgə hərbi təlimlərə başlayıb.

BAKU.WS
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, hərbi təlimlər “Anadolu Ankası - 2018” adı altında reallaşıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatlara görə, hərbi təlimlər Konya ərazisində keçirilir. Təlimlər 6 iyulda başa çatacaq.

Ziya SƏCCAD
BAKU.WS